fbpx
  1. Home
  2. /
  3. İxtisasartırma təlimləri
  4. /
  5. İnteryer Dizayn
  6. /
  7. İnteryer dizayn

İnteryer dizayn

Bizimlə əlaqə
Təlimin kateqoriyası: İnteryer Dizayn, İxtisasartırma təlimləri
  Начать чат

İnteryer Dizayn Təlim Kursu Haqqında

Təlimin Üstünlükləri

İnteryer  işlərinin 3Ds MAX  Corona  vasitəsi ilə 3D visuallaşdırılması real işlərlə tətbiq olunur. Layihə hazırlanan zaman diqqət edilməli məqamlar vurğulanır. Təlim kursunda Autodesk AutoCad, 3Ds MAX və Chaos Corona proqramlarında layihəyə necə başlanılması, optimal şəkildə işlənilməsi və keyfiyyətli nəticə almaq ətraflı şəkildə əhatə olunur.

İnteryer Dizayn Təlim Kursu Kimlər Üçündür?

Memarlıq və Dizayn ixtisasını bitirmiş tələbələr və bu sahəyə marağı olan şəxslər üçün nəzərdə tutulub.Fəaliyyət istiqamətini bu sahədə dəyişmək istəyənlər

Tədris Proqramı Əhatə Edir:

  • 3D proqramlar  haqqında ilkin anlayışlar
  • 3D proqramların Memarlıq və Dizayn sahəsi üzrə istifadəsi
  • 2D planın 3D üçün hazırlanması
  • Kağız üzərindəki ölçülərin 2D-ə keçirilməsi
  • AutoCad proqramında planın tərtibatı
  • AutoCad proqramında planın 3Ds MAX üçün hazır vəziyyətə gətirilməsi
  • 3Ds MAX-da 3D modelləmə, material hazırlanması,  işıqlanma, render və post produksiya
  • AutoCad proqramından 2D cizgilərin 3Ds MAX proqramına köçürülməsi
  • 3Ds MAX-da plan cizgilərinin 3D modellənməsi
  • 3D modelləmə zamanı diqqət edilməsi gərəkən detallar
  • Material editor-da materialların hazırlanması
  • 3D modelləri üçün hazır səhnədə düzgün işıqlanmanın qurulması
  • Corona parametrlərinin tənzimlənməsi və render edilməsi
  • Bitmiş renderin Photoshop proqramı ilə post produksiya edilməsi

Təlimçi Haqqında:

Aişə Axundova

Təhsil: Azərbaycan Memarlıq və İnşaat Universiteti

Təlimçinin iş təcrübəsi:

  • 2018 -2020 AZERINSHAATLAYIHE DBLKTI
    Interior designer
  • 2020 -2021 PHOENIX DESIGN STUDIO
    Interior designer
  • 2021- Present BAKSHIEV DESIGN STUDIO

Kursu Aşağıdakı Şəkildə Tədris Ediləcək:

  • Tədris əyani şəkildə keçirilir.
  • Tədris müddəti: həftədə 2 dəfə 90 dəqiqə olmalqa 4 ay təşkil edir

 

Bənzər Təlimlər

Menu