Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:
Məlumatlarımızın qorunmasından cavabdeh olan təhlükəsizlik komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!
Biz nə təklif edirik:
- İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
- Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
- Hibrid iş rejimi / çevik cədvəl
- Kompensasiya mövcuddur
- Məlumatların qorunması istiqamətində çox yerdə görə bilməyəcəyiniz yeni yanaşmalar və müasir vasitələrdən istifadə edərək həm texniki həm də fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
- Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
- Nahar şirkət tərəfindən təmin edilir
- İş ilə təmin olunma şansı
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)
Öhdəlikləri:
- İnformasiya təhlükəsizliyinə dair siyasət və prosedur sənədlərinin aktuallığının təmin olunmasına dəstək.
- Bölüm daxilində təyin olunmuş cari işlərin görülməsində dəstək.
- İnformasiya təhlükəsizliyi üzrə seminar/təlimlərində iştirak etmək.
Requirements
Əsas gözləntilər:
- İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri və ya analoji sahə üzrə təhsil
- Proqram təminatı, şəbəkə və təhlükəsizlik sistemləri haqqında fundamental biliklər.
- İnformasiya təhlükəsizliyi, risklərin idarə olunması ilə bağlı nəzəri biliklər.
- Məlumat sızıntısı, ransomware hücumları, DOS/DDOS, sosial mühəndislik, veb hücumlar daxil olmaqla kiber hücumlar barəsində məlumatlılıq.
- İnformasiya təhlükəsizliyinin təmin olunması üzrə istifadə edilən texnologiya və yanaşmalar barəsində biliklər.
- Azərbaycan dilində mükəmməl, İngilis dilində normal şifahi və yazılı ünsiyyət bacarıqları.
- ISO 27001 İnformasiya təhlükəsizliyinin idarə edilməsi standartı və təhlükəsizlik nəzarət mexanizmləri barəsində məlumatlılıq üstünlük hesab edilə bilər.
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
- Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar
- Gələcək karyerasını İnformasiya təhlükəsizliyi sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
Hiring process
Müraciət qaydası:
- www.azercell.jobs səhifəsinə daxil olun;
- Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
- Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
- Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Seçim mərhələləri:
- CV-lərin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Deadline for applicants
8th August 2023 12:00 PM