fbpx

“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu Aparıcı Memar axtarır

İş barədə məlumat:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin memarlıq işçi layihələrinin işlənib hazırlanması
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilib təhvil verilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunun təmin edilməsi
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak
  • Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi

Bilməlidir:

  • Tikinti norma və qaydalarını
  • Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları
  • Layihə həcmlərinin və texniki – iqtisadi hesablamaların aparılması metodlarını
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni.

Namizədə aid tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil

Əsas proqram bilikləri:

  • AutoCad
  • ArchiCad
  • Revit (arzuolunandır)
  • Ofis proqramları

Əsas bacarıqlar:

  • Komandada işləmək bacarığı
  • Məsuliyyətlilik
  • Sahə üzrə minimum 3 illik iş təcrübəsi
  • Dil bilikləri və sahə üzrə sertifikatlarının olması üstünlükdür

Əmək haqqı 1500-2500 manat

İş qrafiki: Bazar ertəsi – Cümə; 9:00 – 18:00

Ünvan: 65 Füzuli prospekti, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu

Qeyd: Zəhmət olmasa, CV və portfolionuzu “Mövzü” bölməsinə müraciət etdiyiniz pozisiyanı qeyd edərək göndərin.

E-mail: ramil.qurbanli@arxkom.gov.az, CC: gulnaz.babayeva@arxkom.gov.az

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx
Menu