fbpx

Dizayn kursu seçərkən nələrə diqqət yetirmək lazımdır?

Dizayn Kursu Seçmək

Dünya çapında son dönəmlərin insanlar tərəfindən maraq duyulan sahəsi dizayndır. Qlobal sferada insanlar qrafik və texniki dizayn öyrənmək, dizaynın fərqli sahələrində fəaliyyət göstərmək və avantajlarından istifadə etmək istəyirlər. Bəs dizaynın fərqli sahələri dedikdə, nələr nəzərdə tutulur? Dizaynın təməli qrafik, texniki və veb dizayn olaraq xarakterizə edilir. İstər Azərbaycanda, istərsə də qlobalda bu dizayn növlərinə uyğun dizayn kursu mövcuddur. Lakin, dizayn kursları çox sayda olduğu üçün sıfırdan dizayna başlamaq istəyən insanlarda fikir qarışıqlığına gətirib çıxarır. Bu bloqumuzun da əsas məqsədi, dizayn növləri və dizayn kursları haqqında ətraflı məlumat verməkdir.

Qrafik dizayn kursu nəyi əhatə edir?

Qrafik dizayn – veb saytlar, reklamlar, kitablar, jurnallar, posterlər, kompüter oyunları, məhsul qablaşdırması, bannerlər, korporativ ünsiyyət və korporativ şəxsiyyət kimi müxtəlif məhsul və fəaliyyətlərin vizual dizaynının tərtibidir. Qrafik dizayner müəyyən mesajı, ideyanı və ya konsepsiyanı vizual şəklindədə çatdırmaq üçün marketinq və yaradıcılıq departamentlərinin digər üzvləri ilə işləyir. Bütün bunları öyrənmək üçün qrafik dizayn kursu müxtəlif proqramlar üzrə tədris olunur.

Qrafik dizayn üzrə daha çox istifadə edilən proqramlar:

  • Corel Draw
  • Adobe Illustrator
  • Adobe InDesign
  • Adobe Photoshop
  • 3DS Max
  • Adobe Flash ve ActionScript
  • Free Hand
  • Adobe Dreamweawer

Qeyd etdiyimiz bu dizayn proqramları vasitəsilə qrafik dizaynı öyrənmək və tətbiq etmək mümkündür. İstər “self study” edərək, istərsə də dizayn kursu vasitəsilə qrafik dizaynın təhsilini alaraq qrafik dizayner olmaq mümkündür. Lakin, unutmamaq lazımdır ki, internetdə təhsil üçün çox sayda resurs var, amma siz həmişə suallarınıza dərhal cavab verəcək birini tapa bilməyəcəksiniz. Sual vermək üçün müşahidə, araşdırma və təcrübə aparmaq lazımdır. Nəzəriyyəni tətbiq etmək üçün, bir mentora ehtiyac duyulacaqdır. Bu səbəbdən də, tədris metoduna və təhsil keyfiyyətinə əmin olduğunuz qrafik dizayn kursu seçərək, potensialınızı ön plana çıxara bilərsiniz.

Texniki dizayn kursu nəyi əhatə edir?

İnsanların həyatını asanlaşdırmaq və həyat keyfiyyətini yüksəltmək üçün fakt və zəka faktorlarının, elm, mühəndislik, incəsənət, sosial və iqtisadi tədqiqatların birləşməsinə texniki dizayn deyilir. Texniki dizayn kursu üzrə birinci amil müvafiq mövzunun şüurda vizuallaşdırılması və sonra onun həyata keçirilməsidir. Təxəyyüldən istifadə etmək, fərqləri araşdırmaq, sorğu-sual etmək, çox yönlü düşünmə və əsaslandırma texniki dizayn üzrə əsas götürülməlidir.

Texniki dizayn üzrə daha çox istifadə edilən proqramlar:

  • AutoCad
  • 3DS Max
  • Corel Draw

Veb dizayn kursu nəyi əhatə edir?

Dizayn ideyalarının estetik xətlər üzərində, müəyyən bir məqsədlə, müəyyən prinsiplər əsasında istiqamətləndirilməsi və təşkilinin praktikaya çevrilməsi (dizaynın proqram təminatına çevrilməsi) prosesidir. Ümumiyyətlə, veb dizayn kursu proqlaşdırmanı və dizaynı bir araya gətirir. Bu proseslər başa çatdıqdan sonra aktiv veb sayt görünür. Veb dizayn (aktiv veb sayt) tətbiqindən sonra son istifadəçilər veb-brauzerin köməyi ilə internet üzərindən veb-saytlara daxil ola bilərlər. Bu veb dizayn nədir sualına verə biləcəyimiz ən qısa cavab ola bilər.

Veb dizayn üzrə daha çox istifadə edilən proqramlar:

  • Adobe XD
  • Figma
  • Sketch

Hill Academy-də hansı dizayn proqramları tədris olunur?

Hill Academy təlim mərkəzinin təsis olunmaqda əsas məqsədi, professional mühəndis və dizaynerləri ətrafımızda toplayaraq gənc mühəndislərə istər ixtisas artırma təlimləri, istərsə də mühəndislik və dizayn kursları peşəkar səviyyədə tədris etməkdir.

Hill Academy aşağıdakı proqramlar üzrə təlimlər tədris edir:

  • Revit Architecture
  • Revit MEP
  • Tekla Structure
  • AutoCad
  • 3Ds Max + Corona
  • AVEVA Everthing E3D
  • Lira Soft
  • Sap2000 + IDEA StatiCa
  • Solidworks
  • Staad Pro
  • Primavera

Rəqəmsal Marketinq və SEO üzrə Dəstək

Corona 8-dən nə gözləmək olar
İnşaat mühəndisliyi üzrə nələri bilməlisiniz?
Menu