Üçölçülü texnologiyalar günümüzdə tikinti və memarlıqda müxtəlif problemləri həll edə və dizayn prosesini sürətləndirə bilir. 3D modelləşdirilməsi və vizuallaşdırılması ideyaları müştəriyə tez çatdırmağa və layihənin istənilən mərhələsində düzəlişlər etməyə kömək edir. Bu bloqumuzda Exteryer Dizayn nədir? Hansı proqramlardan istifadə olunur və s. kimi suallara cavab tapmanıza yardımçı olacağıq.
Exteryer dizayn – ofislərin, evlərin, ticarət komplekslərinin, bağ evlərinin, restoranların, mağazaların və digər obyektlərin xarici görünüşünün dizayn edilmə prosesidir. Bunlara: fasad, dəri, dam və təməl elementler daxildir. Hər hansısa bir yaşayış binasını gördükdə, ilk fərqinə vardığımız məqam binanın xarici görünüşü olur.
Exteryer Dizayn Öyrənmək Üçün Nə Etməli?
Exteryer Dizaynı öyrənmək üçün xüsusi olaraq ali təhsil almaq və ya dizayn kurslarına qatılmaq kifayətdir. Hər iki tədris planında da, nəticə etibarı ilə, Exteryer Dizayner proqramlarını bilməli və tətbiq etməli olacaqsınız.
Exteryer Dizaynerin bilməli olduğu proqramlar hansılardır?
Ən çox istifadə olunan Exteryer Dizayn proqramları hansılardır? Hansı memarlıq proqramları ən asan və ya ən sərfəli və ən çox istifadə edilən proqramlardır? Baxdığımız zaman deyə bilərik ki, hər kəsin müxtəlif proqramlardan istifadə edərək tikinti prosesini tamamlaması mümkündür. Bu vəziyyətin səbəbi bir proqram vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirmək, müxtəlif proqramlarla isə müxtəlif əməliyyatlar etmək mümkündür. Sonradan bir çox memar müxtəlif proqramlardan istifadə edərək binanı tamamlaya bilər. Ən çox istifadə olunan Exteryer Dizayn proqramları aşağıdakılardır:
Autocad – Bütün Exteryer Dizaynerlərin bildiyi proqramdır. Digər tərəfdən də, proqramın hazırlanmasında əsas məqsəd memarlıq hədəf alınmamışdır. Proqram geniş çeşiddə istifadə olunur. İnşaat və maşınqayırma proqramın ən çox istifadə olunan sahələrindən biridir.
Sketch Up – Üçölçülü memarlıq rəsmləri üçün ən çox seçilən proqramdır. Çünki bu, 3D təsvirlər üçün ən asan proqramdır. Çox sadə interfeysə malikdir. Digər proqramların plaginlər vasitəsilə etdiyi eyni şeyi edir.
3Ds Max – Autodesk tərəfindən hazırlanıb. Müxtəlif əlavələrlə fərdiləşdirmək imkanı olan bir proqramdır.
Dynamo – Bu proqram Revit-də işləyən bir proqramdır. Daha çox hesablamalı olan dizayn metodu ilə işləyir.
Rhinoceros-Grasshopper – Proqram əsaslı rəsm proqramıdır. O, həmçinin parametrlərə uyğun qeyri-məhdud sayda layihə çəkmək imkanı verir. Digər üçölçülü modelləşdirmə proqramları ilə müqayisədə əməliyyatlarınızı yerinə yetirmək və parametrlərə uyğun olaraq revize etmək çox asandır. Buna görə də bu proqrama daha çox üstünlük verilir.
Azərbaycanda Exteryer Dizayn Kursu
Azərbaycanda Exteryer Dizaynı öyrənə biləcəyiniz kurs sayı çox olmasa da, kifayət qədər keyfiyyətli tədris metoduna sahib kurslar var. Bunlardan biri də Hill Academy-dir. İxtisaslaşmış müəllim heyəti və peşəkarlıqla tədris edilən təhsili ilə kursumuz tələbələrinə öz fərqini hiss etdirir. Siz də Exteryer Dizayn proqramlarını öyrənmək arzusundasınızsa, bizimlə əlaqə saxlayın.