fbpx

İnşaat mühəndisliyi üzrə nələri bilməlisiniz?

İnşaat mühəndisliyi üzrə nələri bilməliyik

İnşaat mühəndisi – yollar, binalar, hava limanları, tunellər, bəndlər, körpülər, kanalizasiyalar, təmizləyici sistemlər daxil olmaqla əsas tikinti layihələri və sistemlərini layihələndirir, inşa edir, nəzarət edir və onlara xidmət göstərir. Bəs inşaat mühəndisi hansı sahələrdə fəaliyyət göstərir? İnşaat mühəndisinin vəzifə öhtəlikləri nələrdir? Bu bloqumuzda inşaat mühəndisliyi haqqında ağılda olan bütün suallara cavab tapmağa çalışacağıq.
İnşaat mühəndisi tikinti, nəqliyyat, ətraf mühit, dənizçilik və geotexniki sektorlardan birində işləyə bilər.

Xidmət etdiyi sektordan asılı olaraq vəzifə təsviri dəyişən inşaat mühəndisinin ümumi vəzifələri aşağıdakılardır:

  • Layihənin problemsiz həyata keçirilməsini və strukturların büdcə daxilində həmçinin, vaxtında tamamlanmasını təmin etmək
  • Sahə araşdırmaları da daxil olmaqla texniki və texniki-iqtisadi əsaslandırmaların aparılması
  • Əmək, material və əlaqədar xərcləri hesablayaraq layihə büdcəsinin müəyyən edilməsi
  • Bünövrənin adekvatlığını və möhkəmliyini müəyyən etmək üçün torpaq testinin aparılması və qiymətləndirilməsi
  • Layihənin xüsusilə sağlamlıq və təhlükəsizliklə bağlı qanuni tələblərə uyğun olmasını təmin etmək
  • Layihənin davamlılıq və ətraf mühitə təsirlərinin qiymətləndirilməsi
  • Ətraflı dizaynları hazırlamaq üçün bir sıra kompüter proqramlarından istifadə etmək
  • Müştərilər, memarlar və müxtəlif peşəkarlarla işləmək.
  • Dövlət qurumlarına və planlaşdırma qurumlarına hesabat vermək

İnşaat mühəndisliyi hansı universitetlərdə tədris olunur?

İnşaat mühəndisliyi ixtisası ölkəmizdə və eləcə də qlobal sferada geniş iş seçiminə sahib ixtisaslardandır. Hal-hazırda ölkəmizdə inşaat mühəndisliyi tədris edən 2 universitet var. Bunlar: Azərbaycan Memarlıq və İnşaat universiteti və Bakı Mühəndislik universitetidir.

İnşaat mühəndisi üzrə hansı proqramlar öyrənilməlidir

Metodoloji düşüncə və layihə idarəetmə bacarıqlarına malik olmalı və problem həll etmək bacarığını nümayiş etdirməli olan inşaat mühəndisinin öyrənməli olduğu proqramlar bunlardır:

  • AutoCAD
  • Civil 3D
  • 3Ds Max
  • Revit
  • Revit Architecture
  • Revit MEP
  • Tecla Stucture
  • SAP 2000
  • STAAD

İnşaat mühəndisliyi üzrə tövsiyyə olunan 5 kitab

İnşaat mühəndisi daima özünü inkişaf etdirməli, yeniliklərə açıq olmalı və öz sahəsinə (eləcə də digər sahələrə) uyğun kitablar, məqalələr oxuyaraq mütaliə etməlidir. İstər azərbaycan, istərsə də türk dilində inşaat mühəndisliyi üzrə bu 5 kitabı tövsiyyə edə bilərik:

  • “Tikintinin əsasları” – C.Q.Abbasov
  • “Şantiyede Olay Var” – Firuzan Baytop
  • “Şantiye yönetimi“ – Firuzan Baytop
  • “İnşaat mühəndisliyinə giriş“ – Naci Yücefer
  • “Dünya üçün də bir şey et“ – Orhan Kural

İnşaat mühəndisliyi üzrə vakansiyaları haradan tapmaq olar?

Düşünsək ki, dünyada layihələndirmə və bina tikintisi aktualdır, bu sahə üzrə çalışa biləcək insanlar da iş tapmaqda çətinlik çəkməyəcəkdir. Dünyada və eləcə də ölkəmizdə inşaat mühəndisi vakansiyaları kifayət qədər mövcuddur. Dünyanın müxtəlif vakansiya platformalarından “freelance” olaraq vakasiyaları tapa və rahatlıqla müraciət edə bilərsiniz. Eləcə də Azərbaycanda Linkedin platforması vasitəsilə də aktiv inşaat mühəndisliyi vakansiyalarını tapa bilərsiniz.

Hill Academy-də inşaat mühəndisliyi dərsləri imkanı

İnşaat mühəndisliyi dərslərinə Hill Academy-də qoşularaq yuxarıda qeyd etdiyimiz proqramlarla işləməyi öyrənməklə yanaşı, keyfiyyətli tədris metodikamız ilə fərqimizi görəcəksiniz!

Siz də inşaat mühəndisliyi və eləcə də digər dərslərimiz ilə maraqlanırsınızsa bizimlə əlaqə saxlayın!

Dizayn kursu seçərkən nələrə diqqət yetirmək lazımdır?
İnteryer dizayn haqqında nələri bilməlisiniz?
Menu