fbpx
  1. Home
  2. /
  3. İxtisasartırma təlimləri
  4. /
  5. HVAC Mühədisliyi
  6. /
  7. HVAC Mühəndisliyi

HVAC Mühəndisliyi

Bizimlə əlaqə
Təlimin kateqoriyası: HVAC Mühədisliyi
  Начать чат

HVAC Mühəndisliyi Təlim Kursu Haqqında

Təlim Nə Üçündür (Üstünlükləri)

HVAC ( havalandırma, isitmə, soyutma) sistemindən ibarət olan bir sistemdir. Zavod, xəstəxana, alış-veriş mərkəzi və enerji istehlakının yüksək olduğu sahələrdə geniş tətbiq edilən bir sahədir. Bina strukturundan asılı olaraq, HVAC üçün istehlak olunan enerji ümumi enerjinin 15% -i və 60% -ni təşkil edir,buna görə, HVAC sistemlərinin optimallaşdırılması enerji səmərəliliyi baxımından çox vacibdir.

HVAC Mühəndisliyi Təlim Kursu Kimlər Üçündür?

HVAC sektorunda işləyən mexanika mühəndisləri, digər sektorda işləyib, HVAC sektorunda də işləmək istəyən mühəndislər və mühəndislik üzrə təhsil alan və HVAC sektorunda işləmək istəyən tələbələr hesabatların daha iqtisadi, daha məqsədəuyğun və daha keyfiyyətli olaraq Avropa və Amerika standartlarında tətbiqi haqqında spesifik biliklər əldə etmək üçün təlimə qoşula bilərlər.

Tədris Proqramı Əhatə Edir:

  • Binalarda İsitmə və Soyutma sistemləri. Ümumi məlumat.
  • Ümumi məlumat.
  • Binalarda İsitmə yüklərinin hesabatı.
  • Binalarda Soyutma yüklərinin hesabatı.
  • İsitmə və soyutma avadanlığının seçimi.
  • Binadaxili İsitmə və Soyutma avadanlığının yerləşdirilməsi.
  • Planların hazırlanması.
  • Boru çaplarının hesabatı.
  • Binalarda havalandırma sistemləri. Ümumi məlumat.
  • Hava miqdarlarının hesabatı.
  • Havalandırma system seçimi.
  • Havalandırma elementlərinin otaqlarda yerləşdirilməsi.
  • Planların hazırlanması.
  • Hava kanallarının hesabatı.
  • Havalandırma avadanlığının seçilməsi.
  • Havalandırma sisteminin istilik və soyuqluq yüklerinin hesabatı.
  • Binaların mərkəzi İstilik təchizatı. Ümumi məlumat.
  • Binaların mərkəzi soyuqlu təchizatı. Ümumi məlumat.

Təlimçi Haqqında:

Fərid Həsənli

Bakalavr Təhsili – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) – Mexanika Mühəndisi

İş təcrübəsi:

  • Mühəndis – ASENA KO MMC
  • Mexanika Mühəndisi – Aztexlayihe
  • Mexanika Mühəndisi – D&T Group Engineering
  • Mexanika Mühəndisi – DİA Holding FZCO
  • Mexanika Mühəndisi – Sinerji Pro
  • Aparıcı Mexanika Mühəndisi – North West Construction LLC
  • Mexanik Layihə Meneceri – PMD Projects LLC
  • Baş HVAC Dizayneri – SOCAR KBR

Kurs Aşağıdakı Şəkildə Tədris Ediləcək:

3 ay müddətində, həftədə 1 gün 3 saat olmaqla

Təlimə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə yarada bilərsiniz.

Qeydiyyat üçün :
Təlimin adını, əlaqə nömrənizi və email qeyd edin biz sizə zəng edəcəyik!

    Bənzər Təlimlər

    Menu