İnşaat Mühəndisliyi təlimi haqqında
Təlim Nə Üçündür (Üstünlükləri)
Ümumi Mexanika Kursu özündə Nəzəri Mexanikanı, Materiallar Müqavimətni və İnşaat Mexanikasını birləşdirir. Kurs müddətində tələbələr xarici qüvvələrin təsirindən konstruksiya elementlərində yaranan daxili qüvvələrin təyinini, elmentlərin uyğun en kəsiklərinin seçilməsini, qaynaq və bolt birləşmələrinin hesabatını öyrənəcəklər.
İnşaat Mühəndisliyi Təlim Kursu Kimlər Üçündür?
Təlim inşaat mühəndisliyi fakultəsini oxuyan vəya bitirən tələbələr , işləyən inşaat mühəndisləri üçündür
Tədris Proqramı Əhatə Edir:
Mexanikanın ilkin anlayışları
- Qüvvələr sistemi
- Rabitələrin növləri. Dayaq reaksiyalarının hesablanması
Materiallar Müqaviməti
- Statik həll olunan sistemlər
- Daxili qüvvə anlayışları
- Dartılma və sıxılmada yerdəyişmələrin təyini
- Tirlərdə, çərçivələrdə, tağlarda daxili qüvvələri təyini
- Kəsiyin xarakteristikları
- Eyilmədə yerdəyişmələrin təyini
- Statik həll olunmayan sistemlər
- SHO sistemlərdə epürlərin qurulması
İnşaat Mexanikası
- Çərçivə sistemlərində, çox mərtəbəli tirlərdə daxili qüvvələrin təyini
- Fermalar
- Hərəkət edən yükdən daxili qüvvələrin təyini
- Tirlərdə və çərçivələrdə nüfuz xətinin qurulması
- Fermalarda nüfuz xətinin qurulması
- Tağlarda və çərçivələrdə nüfuz xətinin qurulması
- Konstruksiyanın rəqslərinin təyini
Təlimçi Haqqında:
Seymur Bəşirzadə
Təhsil:
Bakalavr- İnşaat Mühəndisliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Magistr – İnşaat Mühəndisliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fəlsəfə Doktoru- İnşaat Mühəndisliyi
Akdeniz Universiteti
Qonaq alim və tədqiqatçı
Ştutqart Universiteti
İş təcrübəsi:
- Böyük Mühəndis Konstruktor -SOCAR-KBR LLC
- Mühəndis Konstruktor – Baku Shipyard LLC
- Mühəndis – Evrascon ASC
- İnşaat Mühəndisi – “FF Group” of Companies
- Kiçik Mühəndis – “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu
Kurs Aşağıdakı Şəkildə Tədris Ediləcək
5 ay müddətində, həftədə 2 gün 1.5 saat olmaqla
Ətraflı məlumat üçün bizə yaza və ya zəng edə bilərsiz.
Qeydiyyat üçün :
Birici dərs. Yenidən planlaşdırıla və ya bir gecədə ləğv edilə bilər. Məsələn, əgər siz 24 sentyabr saat 18:00-a dərs təyin etmisinizsə, o zaman 23 sentyabr saat 18:00-a qədər dərsi ləğv edə və ya vaxtını dəyişdirə bilərsiniz.
Birinci dərsə 10 dəqiqə gec gəlsəniz, dərs ləğv ediləcək. Ləğv edilmiş dərs üçün pul geri qaytarılmır.
Bir neçə dərs. İlk sınaq dərsdən sonra dərslər yenidən planlaşdırıla və ya ləğv edilə bilər. Bir şey səhv olarsa, müəllimi əvəz edə bilərik. Əgər yeni müəllim sizə uyğun gəlmirsə, pulu geri qaytaracağıq.
Geri qaytarılma
Əgər nədənsə dərsi ləğv etmək istəyirsinizsə, lütfən, info@hillacademy.az ünvanına və ya onlayn məsləhətçiyə yazın. Zəhmət olmasa, ləğvin səbəbini e-poçtunuzda qeyd edin.
Pulunuzu geri qaytara bilməyimiz üçün e-poçtumuza dərs tarixindən ən azı bir gün əvvəl göndərilməlidir. Bu yolla biz sizin müraciətinizə baxa biləcəyik.
Biz pulu Azərbaycan manatı ilə ödədiyiniz hesaba geri qaytarırıq. Əgər pul hesabınıza dərhal köçürülməyibsə, narahat olmayın. Bank və ya ödəniş sisteminin ödənişi emal etməsi bir neçə günə qədər çəkə bilər.
Reviews
There are no reviews yet.