LİRA Sapr Təlim kursu haqqında qısa məlumat
Təlim zamanı iştirakçılar hesabat proqramı haqqında baza bilikləri əldə edəcəklər. Proqram vasitəsilə dəmir-beton və metal karkas binaların modelləşdirilməsi, Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına əsasən hesablanması və yoxlanılması öyrədiləcək.
Təlim çərçivəsində:
- 1 ədəd azmərtəbəli bina (5 mərtəbəli),
- 1 ədəd çoxmərtəbəli bina (9 mərtəbəli),
- 1 ədəd metal karkas bina hazırlanacaq və hesabatları tərtib olunacaq.
Təlim sonunda əldə edilən biliklər əsasında imtahan keçiriləcək. İmtahan nəticələrinə əsasən iştirakçıların proqramı mənimsəmə səviyyəsi qiymətləndiriləcək.
Təlim kimlər üçündür?
- İnşaat mühəndisliyi fakültəsində təhsil alan və ya məzun olan tələbələr.
- Hal-hazırda işləyən inşaat mühəndisləri.
Tədris Proqramı
- Hesabat proqramı ilə ümumi tanışlıq.
- Proqramın iş imkanları və üstünlükləri.
- Proqram interfeysi: nəzəri və praktiki tanışlıq.
- Düyün və elementlərin yaradılması.
- En kəsiklərin yaradılması və xarakteristikaların verilməsi.
- Elementlərin köçürülməsi və yerinin dəyişdirilməsi.
- Hesabi sxemin yaradılması.
- En kəsiklərin təyini.
- Statik və dinamik yüklərin verilməsi.
- Elementlərin en kəsiklərinin yoxlanılması və armaturların təyini.
Tədris edən Müəllim
Şirməmməd Rzayev
Təhsil:
Azərbaycan Memarlıq və İnşaat Universiteti — Bakalavr və Magistratura pillələri
İş Təcrübəsi:
- “T&N Tikinti” MMC – Mühəndis (2013–2014)
- “R.R Project” – Mühəndis (2014–2021)
- “Tekfen Engineering” – Mühəndis (2021–2023)
- “ENCOTEC” QSC – Mühəndis-konstruktor (2023–2025)
- “AZƏRDÖVLƏTLAYİHƏ” – Aparıcı mütəxəssis (2025–hal-hazırda)
Tədris Formatı
- Tədris onlayn və əyani formatlarda təşkil edilir.
- Tədris müddəti: 2 ay.
- Dərslər: həftədə 2 dəfə, hər dərs 90 dəqiqə davam edir.
Reviews
There are no reviews yet.