SAP2000 Təlim Kursu Haqqında
Dünyada struktur analizi üçün ən çox istifadə edilən sonlu element proqramı olan SAP2000 proqramı, struktur analizi ilə məşğul olan inşaat mühəndisləri tərəfindən ən çox istifadə edilən proqramlardan biridir. Demək olar ki, hər növ struktur analizində istifadə edilən SAP2000, xüsusilə polad və dəmir-beton konstruksiyaların dizaynında üstünlük təşkil edir. SAP2000 Təlim Kursu çərçivəsində sonlu elementlərin modelləşdirilməsi üsulları və modelləşdirmə məntiqi, yükləmə növləri, qar, külək , zəlzələ və digər yüklərinin tətbiqi və konstruksiyaların bu yüklərə görə analizi öyrədiləcəkdir
Təlim Nə Üçündür (Üstünlükləri)
- Bütün yerli və beynəlxalq layihələrdə metal konstruksiyalara və sistemlərə üstünlük verilir. SAP2000 proqramı bütün dünyada layihənin təhlili və dizaynı üçün ən faydalı və etibarlı proqramdır
- Kurs zamanı aldığınız texniki təlim və qazandığınız modelləşdirmə və təhlil təcrübəsi ilə layihə xidmətləri göstərən şirkətlərdə iş tapmaq ehtimalınız artacaq
- Öyrəndiyiniz proqram vasitəsi ilə metal konstruksiyalardan başqa, dəmir-beton və müxtəlif tipli konstruksiya sistemlərini də təhlil edə biləcəksiniz
- SAP2000 proqram təminatı metal konstruksiyalarda dünyada qüvvədə olan demək olar ki, bütün standartları əhatə edən bir kitabxanaya malikdir. Bu vəziyyətin üstünlüyü ondan ibarətdir ki, dünyanın istənilən yerində tikiləcək strukturların təhlili SAP2000 ilə edilə bilər, etibarlıdır və program dünya çapında tanınır
Sap2000 Təlim Kursu Kimlər Üçündür?
Təlim inşaat mühəndisliyi fakültəsini oxuyan vəya bitirən tələbələr, işləyən inşaat mühəndisləri üçün nəzərdə tutulub.
Tədris Proqramı Əhatə Edir:
- Yaşayış binalarının hesabatı və analizi
- Su çənlərinin hesabatı və analizi
- Fəza fermlarının hesabatı və analizi
- Suyun hidrostatik təzyiqinin hesabatı və analizi
- Metal konstruksiyaların hesabatı və analzi
- Hündür reklam lövhərinin hesabatı və analizi
Təlimçi Haqqında:
Nurlan Ramazanov
Bakalavr – Azərbaycan Meamarlıq və İnşaat Universiteti
Magistr – University of Bologna İtaly
İş təcrübəsi – Konstruktor – Hydrotrans Engineering (Azərbaycan)
İşlədiyi Layihələr:
- BIM modelling – Palazzo Lancia , Bologna, Italy
- Gürcüstanda, Qazaxıstanda və Bakıda tikiləcək dəniz limanları
- Qarabağ – Metal qüllələr
- Tərtər – soyuducu anbar
Tədris müddəti
Həftədə 2 dəfə 90 dəqiqə olmalqa 3 ay təşkil edir
Təlimə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə yarada bilərsiniz.
Reviews
There are no reviews yet.