fbpx

Revit Architecture Nədir və Necə Öyrənmək Olar?

Revit Architecture Nədir və Necə Öyrənmək Olar?

Revit Architecture, məşhur Autocad proqramının istehsalçısı Autodesk tərəfindən hazırlanmış bir proqramdır. Bu gün “Autodesk Revit” adlansa da, proqram ilk bu şirkətlə təqdim olunmayıb. Orijinal proqram təminatı 1997-ci ildə Charles River Software tərəfindən hazırlanmış proqram, 2000-ci ildə Revit Technology Corporation adlandırılmışdır. Lakin, Revit proqramı 2002-ci ildə Autodesk tərəfindən bütün hüquqları ilə birlikdə alınıb.

Autodesk Revit Kimlər Üçündür?

Struktur mühəndisləri, memarlar, landşaft memarları, dizaynerlər və podratçılar üçün məlumat modelləşdirmə proqram təminatı hazırlayır. Dünyada olduğu kimi ölkəmizdə də Autodesk Revit proqramına maraq günü-gündən artmaqdadır. Bu bloqumuzda sizə sözügedən proqramın funksiyaları, təklif etdiyi imkanlar və üstünlükləri, eləcə də tədrisi və iş imkanları haqqında ətraflı məlumat verəcəyik.

Revit Architecture Hansı Üstünlüklərə Malikdir?

Revit proqramı memarlıq dizaynı, struktur dizaynı, detallaşdırma, mühəndislik və tikinti mütəxəssisləri üçün effektiv alətlərə malikdir. Proqramın bütün fənlərarası iştirakçıları eyni layihə üzərində işi bölüşmək və saxlamaq üçün iş mübadiləsindən istifadə edə bilərlər. Revit Architecture proqramının üstünlüklərinə bunlar aiddir:

• 3D dizaynda məqsədinə dəqiq və səmərəli şəkildə nail olmaq imkanı: Ardıcıl, əlaqələndirilmiş və tam model əsaslı bina dizaynları və sənədləri hazırlama.
• Mərtəbə planlarını, yüksəklikləri, bölmələri və 3D görünüşləri avtomatik yeniləmə
• Bina tikilməzdən əvvəl onu görmək üçün proqram 3D vizuallaşdırma.
• Fənlərarası komandalar arasında koordinasiya və əməkdaşlıq təmini

Bunlarla yanaşı, Autodesk Revit dizaynları təkmilləşdirir. Həmçinin, simulyasiya və əlaqəni də təmin edir. Autodes-in Revit ilə koordinasiyada işləyə bilən digər proqram və xidmətləri ilə yanaşı, Revit proqramı da öz funksionallığını təkmilləşdirir və istifadəçiyə daha praktik işləmə imkanı təqdim edir.

Revit Architecture-i Necə Öyrənmək Olar?

XX əsrin əvəzsiz kəşfi olan internet artıq xüsusi proqramları öyrənmək üçün də genişölçülü bir qaynaqdır. Eləcə də Revit Architecture proqramını da internet resurslarından öyrənə bilərsiniz. İnternet resursunun müsbət tərəfləri olduğu kimi, təcrübə və tətbiqetmə baxımından yarana biləcək mənfi tərəfləri də var. Bu səbəbdən də, offline şəkildə öyrənə biləcəyiniz tədris proqramlarına (kurslara) qatıla və praktiki olaraq təcrübə qazana bilərsiniz.

Azərbaycanda Revit Architecture Kursu Tədris Edən Müəssisələr

Azərbaycanda Revit Architecture kursu tədris edən müəssisələri araşdırarkən, keyfiyyətə və düzgün metodikaya əsaslanan kursları ağlınızda tutun. Belə ki, Autodesk Revit proqramını keyfiyyətli şəkildə öyrənə biləcəyiniz düzgün tədris metoduna sahib kurslardan öndə gələni də Hill Academy-dir. Bizə müraciət edərək, peşəkar müəllim heyətimiz sayəsində kursu uğurla başa vura və proqramı tamamən öyrənə bilərsiniz.

Revit Kursunu Bitirib Hansı Sahələrdə İş Tapmaq Olar?

Revit Architecture kursunu bitirdikdən sonra müvafiq sahə üzrə iş imkanları əldə edə bilərsiniz. Belə ki, əsasən inşaat mühəndisləri tərəfindən istifadə edilən bu proqram, sizə vakansiya müraciətlərinizdə də böyük üstünlük gətirəcəkdir.

Hansı Mühəndislik Proqramları Var?
Menu