Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
Vəzifə öhdəlikləri:
- Layihələrin hazırlanması üçün məlumatların toplanması və təmin edilməsi;
- Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
- Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
- Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq;
- Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Smeta mühəndisi” adını qeyd edərək a.behbudova@amalgroup.az elektron ünvanına göndərmələri xahiş olunur
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.