Glorri.comTəsvir:
Nəzarətçi mühəndis yük qaldırma maşınlarının, təzyiq altında işləyən tutumların, qazanların və liftlərin “Yük qaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”na, “Təzyiq altında işləyən tutumların quruluşu və təhklükəsiz istismarı qaydaları”na, “Qazanların quruluşu və təhklükəsiz istismarı qaydaları”na və “Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları”na uyğun istismar edilməsinə nəzarəti həyata keçirir.
Kranların, liftlərin, yük tutucu tərtibatların, qabların, kranaltı yolların, baş elektrik qidalandırıcıların təzyiq altında işləyən tutumların və qazanların qaydalar əsasında istismara buraxılmasına nəzarət edir
Kranların, liftlərin, yük tutucu tərtibatların, qabların, kranaltı yolların, baş elektrik qidalandırıcıların təzyiq altında işləyən tutumların və qazanların texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxslərin işlərinin qaydalara uyğun yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Kran, lift, təzyiq altında işləyən tutumların və qazanların təmiri və istismarı ilə məşğul olan işçilərin bilik yoxlamaları komissiyalarının işində iştirak edir.
Qayda və təlimatların tələblərinin pozulduğu hallarda məcburi xəbərdaredici göstərişlər verir.
Kranların, liftlərin, yük tutucu tərtibatların tutumların və qazanların şəhadətləndirilməsinin vaxtında keçirilməsinə, kranlarla yüklərin təhlükəsiz daşınmasının təşkilinə nəzarət edir.
Tələblər:
Ali texniki təhsil
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
MC Office proqramlarında sərbəst istifadə bacarığı
“Yük qaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nı bilməli;
“Təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismarı qaydaları”nı bilməli
Müraciət üçün Link: Glorri.com