fbpx

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Sahə memarı axtarır

Son müraciət tarixi: 30 avqust, 2023-cü il

Vakansiya: Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi, Sahə memarı

Vəzifə öhdəlikləri:
Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək
Materiallar haqqında müvafiq araşdırmaları etmək
Tamamlama və bəzək işlərində işlərin icra edilməsi qaydalarında töhvə vermək
Yerində ölçü alımlarında və metraj hazırlanmasında töhvə vermək
İşlərin icrası üsulu haqqında fikir bildirmək və detal (düyüm) hazırlaya bilmək
İşin məzmununu qorumaq (Scope of works)
Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir
Vəzifəyə dair tələblər:
Ali təhsil (Memarlıq);
Mülki tikinti sahəsində sahə memarı kimi ən az 3 il sahə təcrübəsi;
Analitik düşüncə bacarığı;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı;
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
AutoCAD proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir.

Namizədlərdən öz CV-lərini thaciyev@shusha.gov.az bu mail ünvanına göndərmələri xahiş olunur.

Vəzifə: Dizayner
Təhsil: Ali

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx
Menu