fbpx

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:

Məlumatlarımızın qorunmasından cavabdeh olan təhlükəsizlik komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!

Biz nə təklif edirik:

  • İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
  • Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
  • Hibrid iş rejimi / çevik cədvəl
  • Kompensasiya mövcuddur
  • Məlumatların qorunması istiqamətində çox yerdə görə bilməyəcəyiniz yeni yanaşmalar və müasir vasitələrdən istifadə edərək həm texniki həm də fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
  • Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş ilə təmin olunma şansı

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

İş yeri:

  • “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)

Öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyinə dair siyasət və prosedur sənədlərinin aktuallığının təmin olunmasına dəstək.
  • Bölüm daxilində təyin olunmuş cari işlərin görülməsində dəstək.
  • İnformasiya təhlükəsizliyi üzrə seminar/təlimlərində iştirak etmək.
Requirements

Əsas gözləntilər: 

  • İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri və ya analoji sahə üzrə təhsil
  • Proqram təminatı, şəbəkə və təhlükəsizlik sistemləri haqqında fundamental biliklər.
  • İnformasiya təhlükəsizliyi, risklərin idarə olunması ilə bağlı nəzəri biliklər.
  • Məlumat sızıntısı, ransomware hücumları, DOS/DDOS, sosial mühəndislik, veb hücumlar daxil olmaqla kiber hücumlar barəsində məlumatlılıq.
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üzrə istifadə edilən texnologiya və yanaşmalar barəsində biliklər.
  • Azərbaycan dilində mükəmməl, İngilis dilində normal şifahi və yazılı ünsiyyət bacarıqları.
  • ISO 27001 İnformasiya təhlükəsizliyinin idarə edilməsi standartı və təhlükəsizlik nəzarət mexanizmləri barəsində məlumatlılıq üstünlük hesab edilə bilər.

Təcrübə proqramına kimlər müraciət edə bilər:

  • Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
  • Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar
  • Gələcək karyerasını İnformasiya təhlükəsizliyi sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
Hiring process

Müraciət qaydası:

  • www.azercell.jobs səhifəsinə daxil olun;
  • Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
  • Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
  • Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Seçim mərhələləri:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Deadline for applicants

8th August 2023 12:00 PM

Vəzifə: Mühəndis
Şəhər: Bakı
Təhsil: Təcrübəçi

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx
Menu