fbpx
  1. Home
  2. /
  3. Dizayn və Mühəndislik Proqramları
  4. /
  5. Lira Soft
  6. /
  7. LİRA SOFT

LİRA SOFT

Bizimlə əlaqə
Təlimin kateqoriyası: Dizayn və Mühəndislik Proqramları, Lira Soft
Etiketlər: kurs, lira, lira kursu, Lira soft, lira telimi, lira təlimi
  Начать чат

LİRA SOFT Təlim kursu Haqqında Qısa Məlumat

Dərs proqramı iki hissədən ibarət olacaq:

Əlavə olaraq iki dərs proqramı arasında,hesabat proqramını daha yaxşı mənimsəmək üçün 3 saat (1 dərs) suallarınız cavablandırılacaq, aydın olmayan mövzulara təkrar baxılacaq.
Baza səviyyə təlimlərdə siz, proqramın imkanları barədə baza məlumatları alacaqsınız. Proqramın köməyi ilə dəmir-beton və metal karkas binaların modelinin hazırlanması və Azərbaycan Respublikası
ərazisində qüvvədə olan tikinti norma və qaydalarına görə hesablanması, yoxlanılması aşılanacaq.

Orta səviyyə təlimlərdə siz, hesabat proqramının köməyi ilə bir mərtəbəli (əlavə texniki mərtəbə) 4 yamaclı sənaye binasının hesabatı aparılacaq. Binanın hündürlüyü 9 (doqquz) m, uzunluğu 60 (altmış) m, eni 48 (qırx səkkiz) m – dir. Binanın konstruktiv sxemi dəmir-beton bünövrə, metal sütun və metal ferma nəzərdə tutulub. Bina daxilində 2 (iki) ədəd 10 və 30 tonluq kran var. Proqramın köməyi ilə metal karkas binanın modelinin hazırlanması və Azərbaycan Respublikası ərazisində qüvvədə olan tikinti norma və qaydalarına görə hesablanması, yoxlanılması aşılanacaq.

Dərs proqramını yekunlaşdırdıqdan sonra, təlimin sizə vermiş olduğu baza informasıyalar əsasında imtahan keçiriləcək. İmtahanların nəticələrinə əsasən sizin, proqramı mənimsəmə səviyyəsinə əsalanaraq qiymətləndiriləcək.

Təlim Kimlər Üçündür?
Təlim inşaat mühəndisliyi fakultəsini oxuyan vəya bitirən tələbələr , işləyən inşaat mühəndisləri üçündür
Baza səviyyə tədris proqramı:
– Hesabat proqramı ilə ümumi tanışlıq.
– Proqramın yüklənilmə qaydası.
– Proqramın iş imkanları.
– Proqramın üstnükləri.
– Hesabat proqramının interfeysi ilə tanışlıq və praktiki tətbiqi.
– Düyün və elementlərin yaradılması.
– En kəsiklərin yaradılması və xarakteristikaların verilməsi.
– Elementlərin köçürülməsi və yerinin dəyişdirilməsi və.s.
– Üç mərtəbəli dəmir-beton karkas yaşayış binanın modellənməsi və qüvvədə olan norma və sənədlərə əsasən hesablanması.
– Hesabi sxemin yaradılması.
– En kəsiklərin təyini.
– Statik və dinamik yüklərin verilməsi.
– Elementlərin en kəsiklərinin yoxlanılması və armaturların təyini.
– Bir mərtəbəli metal karkas inzibati binanın modellənməsi və qüvvədə olan norma və sənədlərə əsasən hesablanmsı.
– Hesabi sxemin yaradılması.
– En kəsiklərin təyini.
– Statik və dinamik yüklərin verilməsi.
– Elementlərin en kəsiklərinin yoxlanılması.

Orta səviyyə tədris proqramı:
– Hesabat proqramının köməyi ilə binanın hesabi sxeminin hazırlanması .
– Düyün və elementlərin yaradılması.
– En kəsiklərin təyini və xarakteristikaların verilməsi
– Hesabat proqramının köməyi ilə binaya təsir edən yüklərin təyini və yüklənilməsi.
– Statik yüklərin verilməsi.
– Seysmik yüklərin verilməsi.
– Hesabat proqramının köməyi ilə binanın en kəsiklərinin yoxlanılması.
– Yük birləşməsinin tərtibi
– Binanın həddi

Tədris edən müəllim:

Şirməmməd Rzayev

Bakalavr-Azərbaycan Memarlıq və İnşaat Universiteti

 İş təcrübəsi:  

  •  “T&N Tikinti”LLC – Mühəndis (2013 – 2014)
  • “R.R Project” – Mühəndis (2014 – 2021)
  • “Tekfen Engineering” – Mühəndis (2021 – davam edir)

 Tədris formatı:

Tədris onlayn və əyani şəkildə keçirilir.

Tədris müddəti həftədə 2 dəfə 90 dəqiqə olmalqa 2 ay təşkil edir.

Təlimə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə yarada bilərsiniz.

Qeydiyyat üçün :
Təlimin adını, əlaqə nömrənizi və email qeyd edin biz sizə zəng edəcəyik!

    Bənzər Təlimlər

    Menu