fbpx
  1. Home
  2. /
  3. Dizayn və Mühəndislik Proqramları
  4. /
  5. Revit Architecture
  6. /
  7. Revit Architecture

Revit Architecture

Bizimlə əlaqə
Təlimin kateqoriyası: Dizayn və Mühəndislik Proqramları, Revit Architecture
  Начать чат

Revit Architecture Təlim Kursu Haqqında

Təlim Nə Üçündür (Üstünlükləri)

Revit Architecture Təlim Kursu sizə Autodesk Revit funksionallığını bütün dizayn prosesində işlədiyiniz kimi öyrətmək üçün nəzərdə tutulub. Siz istifadəçi interfeysi, cizgi və 3D alətlər haqqında öyrənməklə başlayırsınız. Divarlar, qapılar, pəncərələr, döşəmələr, tavanlar, pilləkənlər və s. modelləməyi də əhatə edir.
Revit Architecture memarlıq layihələrinin modellənməsində, planların və görünüşlərin cizilməsində olduqca sürətli və dəqiq nəticələr verən proqramdır. Mərtəbələrin 2D planını hazırlayarkən eyni zamanda yan görünüşlərinin və 3D modelinin də hazırlanması, bina kəsiklərinin rahatlıqla əldə edilməsi xüsusi ilə bu sahədə işləyənlərə daha çox vaxt qazandırır. BIM (Building Information Modeling) tərkibli proqram paketi olduğu üçün edilən hər hansı dəyişiklik eyni zamanda bütün layihəyə tətbiq olunur.

Revit Architecture Təlim Kursu Kimlər Üçündür?

  • Memarlar ve oxşar ixtisasa sahib şəxslər (şəhərsalma mütəxəssisləri, landşaft memarları və interyer dizaynerlər)
  • Texniki cizgi işləyən mühəndislər (inşaat mühəndisləri, sənaye mühəndisləri, xəritə mühəndisləri, mexanika mühəndisləri ve elektrik-elektronika mühəndisləri)

Tədris Proqramı Əhatə Edir:

  • Ümumi intefeys, Gridlər(HİM oxları), sütunların və tirlərin tiplərinin yaradılması. Parametrik sütuna nümunə
  • Divarların tiplərinin (memari və demir-beton) yaradılması, qapı və pəncərələrin qoyulması
  • Döşəmə və tavan tiplərinin yaradılması (taxta, metlax, daş, beton). Otaqların yaradılması
  • Pilləkənlərin, pandus, məhəccərlərin yaradılması, vitraj divarlar yaratmaq
  • Family hissənin öyrədilməsi
  • Damların yaradılması
  • Topoqrafiyanın yaradılması, ərazinin Revitə köçürülməsi və MASS fiqurların yaradılması
  • Metal sənayə binalarının yaradılması, metal birləşmələr
  • Cədvəllərin və vərəqlərin yaradılması
  • Renderlər (Enscape) almaq və export etmək
  • Mechanical template
  • Structural Template

Təlimçi Haqqında:

Yaşar Qasımov – Mühəndis Konstruktor – ArchiCO LLC (11 il)

Tədris Müddəti

Tədris müddəti: həftədə 2 dəfə 90 dəqiqə olmalqa 2 ay təşkil edir

Təlimə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə yarada bilərsiniz.

Qeydiyyat üçün :
Təlimin adını, əlaqə nömrənizi və email qeyd edin biz sizə zəng edəcəyik!

    Bənzər Təlimlər

    Menu